Lekler "Ferrari" ilə davam edir
"Ferrari"nin pilotu Şarl Lekler sözügedən komanda ilə yola davam edəcək.
Sportline.az "FUnoanalisitecnica"ya istinadla xəbər verir ki, tərəflər arasında iki illik müqavilə bağlanılıb.
Anlaşmanın daha 3 il artırılması nəzərdə tutulub.
Mənbənin məlumatına görə, eyni müqaviləyə Karlos Sayns da maraq göstərsə də, "Ferrari" ispaniyalı ilə anlaşmanı yeniləməyə tələsmir.
Qeyd edək ki, çempionatın 12 mərhələsindən sonra Lekler pilotların şəxsi mübarizəsində 99 xalla 5-cidir.
Siyahıya 314 xalla Maks Ferstappen başçılıq edir.