"Levski" fanatları Bakıda

"Sabah" komandası bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçına çıxacaq.

Paytaxt təmsilçisi saat 20:00-da Bolqarıstanın "Levski" klubu ilə qarşılaşacaq.

Qonaq komanda Masazır stadionunda keçiriləcək oyunda tək qalmayacaq.

"Sabah" klubunun mətbuat katibi Elnur Həmidovun Sportline.az-a verdiyi məlumata görə, "Levski"nin təxminən 300-ə yaxın fanatı Bakıya gəlib.

Klub rəsmisi həmçinin, "Sabah"ın rəqib komandanın azarkeşləri üçün 400 yer ayırdığını da bildirib.

Qeyd edək ki, rəqiblərin Sofiyada keçirilən görüşü "Levski"nin 1-0 hesablı qələbəsi ilə nəticələnmişdi.