Liam Delap İngiltərə nəhənginə transfer olacaq

"İpsviç"in ingiltərəli futbolçusu Liam Delap mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Ceymi Cekson öz şəxsi "X" hesabında paylaşım edib.

"Mançester Yunayted" Delap üçün "İpsviç"ə 40 milyon avro təklif edib.

Qeyd edək ki, 22 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 33 matçda rəqib qapılarından 12 top keçirib.

Onun "İpsviç"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.