Liam Delap “İpsviç”dən ayrılacaq

“İpsviç”in ingiltərəli futbolçusu Liam Delap mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az jurnalist Ceyms Dakerin məlumatına istinadən xəbər verir ki, Delap “İpsviç”dən ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib.

Onun müqaviləsi klubla 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Delap bu mövsüm çıxış etdiyi 33 matçda 12 qol və 2 asistlə yadda qalıb.

22 yaşlı futbolçunun transfer dəyəri 35 milyon avro olaraq qiymətləndirilir.