"Lion" türkiyəli futbolçu üçün təklif göndərib

Fransanın "Lion" klubu türkiəyli yarımmüdafiəçi üçün rəsmi təklif göndərib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "aslanlar" İsmail Yüksek üçün  Türkiyə klubuna 12 milyon avro təklif edib. "Fənərbağça" rəsmiləri türkiyəli yarımmüdafiəçi üçün 18 milyon avro tələb etdiyindən trasnfer gerçəkləşməyib. 

Almaniya klubu "Ştutqard"ında İsmail Yüksek üçün rəsmi təklif hazırladığı bildirilib. 

Qeyd edək ki, İsmail Yükskek bu mövsüm "Fənərbağça" forması ilə çıxdığı 28 oyunda 1 qol,4 asistlə yadda qalıb.