"Liverpul" "Ayntraxt"a elçi düşüb
"Ayntraxt"ın fransalı futbolçusu Hüqo Ekitike karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Anfield Watch" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu Ekitike üçün hərəkətə keçib.
22 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 42 matçda 21 qol və 9 asistlə yadda qalıb.
Qeyd edək ki, Ekitikenin "Ayntraxt"la müqaviləsi 2029-cu ilin yayına qədərdir.