“Liverpul” Jotanın transfer qiymətini açıqlayıb
“Liverpul” portuqaliyalı futbolçusu Dioqo Jotanun transfer qiymətini açıqlayıb.
Sportline.az “Empire of the Kop”a istinadən xəbər verir ki, Mersisayd klubu Jota üçün 50 milyon avro tələb edir.
“Aston Villa”, “Nyukasl Yunayted” və “Vulverhempton” 28 yaşlı futbolçu ilə yaxından maraqlanır.
Qeyd edək ki, Jota 2020-ci ilin yayında “Vulverhempton”dan “Liverpul”a 44.7 milyon avro qarşılığında transfer olmuşdu.
O bu mövsüm çıxış etdiyi 31 matçda 9 qol və 4 asistlə yadda qalıb.
Xatırladaq ki, Jotanın “Liverpul”la müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.