“Liverpul” Konate ilə bağlı qərar verib
“Liverpul” fransalı futbolçusu İbrahima Konate ilə yola davam edəcək.
Sportline.az “Daily Express”ə istinadən xəbər verir ki, Mersisayd klubu Konateyə yeni müqavilə təklif edib.
25 yaşlı müdafiəçinin “Liverpul”la hazır ki müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Konate bu mövsüm çıxış etdiyi 36 matçda 2 qol və 2 asistlə yadda qalıb.