"Liverpul" Luiz Diazla bağlı qərar verib
"Liverpul" kolumbiyalı futbolçusu Luiz Diazla yola davam etmək qərarına gəlib.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu Luiz Diaza yeni müqavilə təklif edib.
28 yaşlı futbolçunun "Liverpul"la hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Luiz Diaz bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 46 matçda 15 qol və 8 asistlə yadda qalıb.