"Liverpul"da 3 aylıq zədə

AVRO-2024-ün seçmə mərhələsində İspaniya ilə qarşılaşmada zədələnən Şotlandiya millisinin üzvü Endryu Robertsondan xəbər var.

Sprotline.az "The Athletic"ə istinadən xəbər verir ki, "Liverpul"un da şərəfini qoruyan Robertsonun zədəsi ciddidir. Buna görə də, o, üç ay yaşıl meydanlardan uzaq qalacaq.

Şotlandiyalı futbolçu çiyin əməliyyatı olmasa, 1 ay ərzində sağala bilərdi. Amma bu risklidir. O, əməliyyat olunacaq və 3 ay gözləyəcək.

Bu mövsüm 29 yaşlı şotlandiyalı "Liverpul"da 8 oyun keçirib və 1 qol vurub.