"Liverpul"da ayrılıq

"Liverpul"un uruqvaylı futbolçusu Darvin Nunyes mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Nottingem Forest" və "Nyukasl Yunayted" Darvini transfer etmək istəyən klubların siyahısında yer alır.

Mersisayd klubu 25 yaşlı futbolçunu 60 milyon avro qarşılığında satmağa hazırdır.

Qeyd edək ki, Nunyes bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 40 matçda 7 qol və 7 asistlə yadda qalıb.

Onun "Liverpul"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.