"Liverpul"dan İsak həmləsi

"Liverpul" "Nyukasl Yunayted"in isveçli futbolçusu Aleksander İsak üçün hərəkətə keçib.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu mövsümün sonunda İsak üçün "Nyukasl"a rəsmi təklif göndərəcək.

25 yaşlı futbolçunun transfer qiyməti 120 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, İsak bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 34 matçda 24 qol və 5 asistlə yadda qalıb.