“Liverpul”dan Kerkez həmləsi
“Bormunt”un macarıstanlı futbolçusu Miloş Kerkez karyerasını “Liverpul”da davam etdirə bilər.
Sportline.az “Mirror” nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu Kerkezi transfer etmək üçün hərəkətə keçib.
“Bormunt”un rəhbərliyi 21 yaşlı futbolçu üçün 50 milyon avro tələb edir.
Qeyd edək ki, Kerkez bu mövsüm çıxış etdiyi 34 matçda 2 qol və 6 asistlə yadda qalıb.