"Liverpul"dan "Vilyareal"a

"Liverpul"dan ayrılan Alberto Moreno karyerasını İspaniyada davam etdirəcək.

Sportline.az xəbər verir ki, 26 yaşl sol cinah müdafiəçisi La Liqada çıxış edən "Vilyarreal"la anlaşıb. Klub saytının məlumatına görə, Moreno ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, ispaniyalı futbolçu 2014-cü ildə 12 milyon funt-sterlinq qarşılığında "Sevilya"dan "Liverpul"a keçmişdi.