"Liverpul"un çempionluq şansı

"Liverpul"un əfsanəvi müdafiəçisi Ceymi Karraqer "Liverpul"un Premyer Liqada çempionluq şansını dəyərləndirib.

Sportline.az "Mirror"a istinadla xəbər verir ki, mütəxəssis cari mövsümünün yekununda "Liverpul"un qaliub olması üçün nələrə ehtiyac olduğunu bildirib.

“Liverpul" indi keçən mövsümlə müqayisədə ən yaxşı yarımmüdafiəyə sahibdir. Amma komandada hələ də qızıl medallar uğrunda mübarizə aparacaq güclü müdafiəçi, yarımmüdafiəçi çatışmır. MakAllister müdafiə oyunçusu deyil, Aleksisin müdafiə hərəkətlərində boşluqlar var. Düşünürəm ki, klub yanvarda bu mövqelərini gücləndirməlidir ki, çempionluq şansı davam etsin”, - deyə "Mirror" ekspertdən sitat gətirib.