"Liverpul"un İsak sevdası

"Nyukasl Yunayted"in isveçli futbolçusu Aleksander İsak "Liverpul" əsas transfer hədəfinə çevrilib.

Sportline.az "Give Me Sport"a istinadən xəbər verir ki, "Liverpul" mövsümün sonunda İsakı transfer etməyə çalışacaq.

"Nyukasl"ın rəhbərliyi 25 yaşlı futbolçu üçün ən azı 100 milyon avro tələb edir.

Qeyd edək ki, İsak bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 33 matçda 23 qol və 5 məhsuldar ötürmə müəllifi olub.