"Liverpul"un qapısına 10 qol vurdu

İngiltərə Premyer Liqasının gənclərdən ibarət komandalarının çempionatında maraqlı hadisə qeydə alınıb.

Sportline.az xəbər verir ki, "Arsenal" akademiyasının hücumçusu Çidozi Obi-Martin "Liverpul"la görüşdə rəqib qapısına 10 qol vurub.

O, komandasının 14:3 hesablı qələbəsində əsas pay sahibi olub. 

Maraqlıdır ki, 15 yaşlı forvard Premyer Liqanın 5 görüşündə imza atdığı 13 qolun 10-nu məhz "Liverpul"un qapısına vurub.