Lloris Noyerin rekordunu təkrarladı
Fransa millisinin qapıçısı Uqo Lloris almaniyalı həmkarı Manuel Noyerin dünya çempionatlarındakı rekordunu təkrarlayıb.
Sportline.az xəbər verir ki, o, DÇ-2022-nin yarımfinalında Mərakeşlə hazırda keçirilən yarımfinal matçında iştirak etməklə buna nail olub. 36 yaşlı qolkiper bununla mudiallarda 19-cu matçına çıxıb.
Lloris dünya çempionatlarında ən çox oyun keçirən iki qapıçından biri olmaqla yanaşı, bu siyahıda almaniyalı Zepp Mayer və braziliyalı Klaudio Taffareli (hər ikisi 18) geridə qoyub.