London klubu Gyökeres üçün görüşmələrə başlayıb

"Sportinq"in isveçli futbolçusu Viktor Gyökeres mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, Gyökeres "Arsenal"ın əsas transfer hədəfinə çevrilib.

London klubu oyunçunun meneceri ilə təmas halındadır. 

Qeyd edək ki, "Sportinq"in rəhbərliyi Gyökeres üçün 75 milyon avro tələb edir.

26 yaşlı forvard cari mövsüm çıxış etdiyi 46 matçda 47 qol 11 asistlə yadda qalıb.