Lopeteqinin istefası rəsmiləşdi
"Real" Xulen Lopeteqini istefaya göndərib. SportLine.az xəbər verir ki, Madrid bu barədə təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Komandada baş məşqçi funksiyasını müvəqqəti olaraq Santyaqo Solari icra edəcək. Argentinalı mütəxəssis hazırda "Kastilya" komandasının rəhbəridir.
Qeyd edək ki, X.Lopeteqi cari mövsümün əvvəlində komandaya gətirilib.