Lorentenin keçidi rəsmiləşdi

"Real"ın futbolçusu Markos Lorentenin "Atletiko"ya keçidi rəsmiləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, tibbi müayinədən keçən 24 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

İspaniya mətbuatı bu transfer üçün "Atletiko"nun "Real"a 40 milyon avro ödədəyinio yazıb.

Qeyd edək ki, M.Lorente "Real"da son iki mövsümdə 36 matçda 2 qol vurub.