Luis Enrike İspaniya millisindən getdi

Luis Enrikenin İspaniya milli komandasının baş məşqçi vəzifəsindən gedişi rəsmiləşib.

Sportline.az xəbər verir ki, son 3 ayda ailə problemlərinə görə komandadan kənarda qalan 49 yaşlı mütəxəssis istefa verib. Onu bu vəzifədə köməkçisi Robert Moreno əvəz edib.

Qeyd edək ki, Luis Enrike ötən ilin yayından İspaniya millisinə rəhbərlik edirdi.