Luis Hemilton Bəhreyn Qran-prisinin qalibi olub

"Formula 1" üzrə dünya çempionatının ikinci mərhələsi Bəhreynin "Sahir" avtodromunda keçirilib.

Sportline.az xəbər verir ki, yarışın qalibi Luis Hemilton olub. "Mercedes" komandasının britaniyalı pilotu finiş xəttinə birinci çatıb. İkinci yeri onun komanda yoldaşı Valtteri Bottas tutub. İlk üçlüyü isə "Ferrari" kollektivindən Şarl Lekler olub. 

Həmçinin 4-cü yerdə Maks Ferstappen ("Red Bull"), 5-ci yerdə isə Sebastyan Fettel ("Ferrari") qərarlaşıb.