Lüis Hemilton Çin Qran-prisinin qalibi olub
"Formula 1" üzrə dünya çempionatında Çin Qran-prisinə yekun vurulub.
Sportline.az xəbər verir ki, ümumilikdə, sayca 1000-ci Qran-pridə "Mercedes" komandasının britaniyalı pilotu Lüis Hemilton qalib gəlib. Şanxay beynəlxalq avtodromunda keçirilən yarışda onun finlandiyalı komanda yoldaşı Valtteri Bottas ikinci, "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel isə üçüncü yeri tutub. Bu, "Mercedes" duetinin ardıcıl üçüncü qələbəsidir.
20 pilotdan 3-ü - Lando Norris, Daniel Kvyat və Niko Hülkenberq finişə çata bilməyib. Çin Qran-prisində Lüis Hemilton 25, Valtteri Bottas 18, Sebastyan Fettel 12 xal toplayıb. 3 mərhələdən sonra Bottas 44 xalla 1-ci, Hemilton 43 xalla 2-ci, Ferstappen 27 xalla 3-cüdür. Qeyd edək ki, növbəti Qran-pri Bakıda olacaq. Yarış aprelin 26-dan 28-ədək davam edəcək.