Luis Hemilton etiraf elədi

"Mersedes"in britaniyalı pilotu Luis Hemilton heç vaxt "Ferrari"yə keçmək istəmədiyini bildirib.

Sportline.az xəbər verir ki, o, Blick nəşrinə açıqlamasında bunu etiraf edib.

"Ferrari" ilə bir neçə dəfə danışığımız olub. Amma, onlar heç bir əhəmiyyət daşımayıb. Bu komandada çox adamı tanısam da İtaliyaya köçmək niyyətim olmayıb", - deyə Hamilton məsələyə münasibət bildirib.

Qeyd edək ki, bundan əvvəl onun "Ferrari"yə keçəcəyi ilə bağlı xəbərlər dolaşırdı.