Lüis Hemilton Monako Qran-prisinin qalib oldu

"Formula 1" üzrə Monako Qran-prisi başa çatıb. 

Sportline.az xəbər verir ki, treki hamıdan öncə başa vuran "Mercedes"in pilotu Lüis Hemilton qalib gəlib. O, 78 dövrəlik mübarizənin yekununda finişə 1 saat 43 dəqiqə 28,437 saniyəyə çatıb. İkinci yeri "Ferrari" pilotu Sebastyan Fettel tutub. İlk üçlüyü isə Hemiltonun komanda yoldaşı Valtteri Bottas tamamlayıb. 

Əslində finişə ikinci yerdə "Red Bull" pilotu Maks Ferstappen çatıb. Amma o, yarışın gedişində pit-stopa təhlükəli girişi üzündən 5 saniyə cərimələnib. Bu səbəbdən, Ferstappen yekunda 4-cü olub.  

Qeyd edək ki, bu, britaniyalı 5 qat dünya çempionu Lüis Hemiltonun karyerasında 77-ci qələbəsi olub.