Luis Hemiltondan etiraf

Formula - 1 üzrə yarışların ulduzu  Luis Hemilton son iki ildə təsnifatdakı çıxışından narazıdır.

Sportline.az UOL nəşrinə istinadla xəbər verir ki, "Mersedes"in pilotu açılamasında özünə qarşı tənqidi yanaşıb.

"Son iki ildə təsnifatlarda bərbad çıxış edirəm. Bu vəziyyəti dəyişmək lazımdır. Səmimi etiraf edirəm ki, bu faciəvidir", - deyə Hemilton bildirib.

Qeyd edək ki, Luis Hemilton Formula-1 yarışlarının 7 qat qalibidir.