Luka Yoviçin təqdimat mərasimi

"Real" "Ayntraxt"dan aldığı Luka Yoviçi ictimaiyyətə təqdim edib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, təqdimat mərasimi "Santyaqo Bernabeu" stadionunda keçirilib. Meydana daxil olaraq, azarkeşləri salamlayan 21 yaşlı futbolçu fotosessiya zamanı "kral klubu"nun emblemini öpüb.

"Real"a keçidi ilə bağlı təəssüratlarını bölüşən Yoviç özünü dünyanın ən xoşbəxt insanı hesab etdiyini bildirib: "Hazırda dünyada ən xoşbəxt oğlan mənəm, çünki məşhur klubla müqavilə bağladım. "Real"a titul qazandırmaq üçün bütün gücümü ortaya qoyacağam. İnanıram ki, düzgün seçim etmişəm".

Qeyd edək ki, Yoviç "Real"a 6 illik müqavilə imzalayıb.