Lukaku: "Azərbaycan millisinə hörmətlə yanaşırıq"
Bu gün Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi Brüsseldə Belçika yığması ilə qarşılaşacaq.
Sportline.az Belçika mətbuatına istinadən xəbər verir ki, rəqib komandanın təcrübəli futbolçusu Romelu Lukaku oyundan gözləntilərini bölüşüb.
"Azərbaycan millisinə hörmətlə yanaşırıq. Onlar ötən oyunda İsveçə böyük hesabla qalib gəliblər. Diqqətli olmalıyıq" - deyə Lukaku bildirib.