Lukaşenkonu təhqir edən Polşa klubu cəzalandı
UEFA Polşanın "Legiya" klubunu cərimələyib.
Sportline.az xəbər verir ki, buna polşalı fanatların Minsk "Dinamo"su ilə oyunda Belarus prezidenti Aleksandr Lukaşenkonun ünvanına səsləndirdikləri təhqiramiz şüarlar səbəb olub.
İnsident UEFA Konfrans Liqasının 3-cü turunda yaşanıb.
Azarkeşlərin neqativ davranışı "Legiya"ya 17,5 min avroya başa gəlib.
Qeyd edək ki, noyabrın 7-də keçirilən oyun 4-0 hesabı ilə Varşava klubunun xeyrinə nəticələnmişdi.