Lunin "Real"da qalacaq

"Real"ın baş məşqçisi Karlo Ancelotti qapıçı Andre Luninin gələcəyi haqqında danışıb.

Sportline.az jurnalist Fabritio Romanoya istinadla xəbər verir ki, təcrübəli mütəxəssis qapıçı haqqında bu sözləri deyib.

"Lunin "Real"da qalır. O, klubu tərk etməyəcək".

Luninin "Kral klubu" ilə müqaviləsi 2025-ci ildə başa çatır. Kurtuanın zədədən qayıtmasında sonra ukraynalı qapıçı ehtiyat oyunçular skamyasının yolunu tutub.