Lunyov millinin toplanışını buraxacaq
"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya millisinin noyabr ayı üçün təyin olunan toplanışına qatıla bilməyəcək.
Sportline.az xəbər verir ki, təcrübəli qolkiper bununla bağlı Matc TV-yə açıqlama verib.
"Təəssüf ki, millinin toplanışında iştirak edə bilməyəcəm. Bərpa prosesi təxminən 10 gün sürəcək. Ümid edirəm ki, zədəmi tezlikllə sağaldacağam. Görək necə olur...", - deyə Lunyov vəziyyətə aydınlıq gətirib.
Xatırladaq ki, Andrey Lunyov "Qarabağ"ın Avropa Liqasındakı "Bayer"lə oyununda (0:1) sağ ayağından zədələnərək əvəzlənmişdi.