Macarıstan Qran-prisinin qalibi məlumdur
"Formula 1" üzrə Macarıstan Qran-prisi də arxada qalıb.
Sportline.az xəbər verir ki, son yürüşdə yürüşdə ən yaxşı nəticəni "Mercedes"in britaniyalı pilotu Lüis Hemilton göstərib.
O, bununla da "Formula 1" üzrə Macarıstan Qran-prisinin qalibi olub.
Yarışda ikinci yerə Niderland təmsilçisi "Red Bul"un pilotu Maks Ferstappen (+8,702) çıxıb. Üçüncü yeri "Mercedes"dən fin Valtteri Bottas (+9,452) tutub.
Bununla da Macarıstan Qran-prisinə yekun vurulub.
Qeyd edək ki, "Formula 1" üzrə Macarıstan Qran-prisinə iyulun 17-də start verilmişdi.