Madueke "Çelsi"dən ayrıla bilər

"Çelsi"nin ingiltərəli futbolçusu Noni Madueke mövsümün sonunda komandasını dəyişə bilər.

Sportline.az "Give Me Sport" nəşrinə istinadən xəbər verir ki, "Aston Villa" Madueki transfer etmək niyyətindədir.

London klubu Madueke üçün 40 milyon avro tələb edir.

Qeyd edək ki, 23 yaşlı futbolçunun "Çelsi" ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

O bu mövsüm çıxış etdiyi 28 matçda 8 qol və 4 məhsuldar ötürmə müəllifi olub.