Mahir Emrelidən erkən qol

Bu gün Almaniya 2-ci Bundesliqasında növbəti turun matçları keçirilir.

Sportline.az xəbər verir ki, ''Nürnberq'' bu dəqiqələrdə ''Paderborn''u qəbul edir.

Milli komandamızın üzvü Mahir Emreli görüşə start heyətdə başlayıb.

Görüşün 2-ci dəqiqəsində Mahir meydan sahiblərini 1-0 önə keçirib.

Qeyd edək ki, ''Nürnberq'' Bundesliqa 2-də 5-ci pillədə qərarlaşıb.