Mahirli "Rakuv" növbəti mərhələdə
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Rakuv" Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununu keçirilib.
Sportline.az xəbər verir ki, Polşa təmsilçisi Maltada “Valletta”nın qonağı olub. Görüş "Rakuv"un 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə (7:1), "Rakuv" növbəti raunda vəsiqə qazanıb.
Mahir də bu qarşılaşmada iştirak edib. 29 yaşlı hücumçu meydana 68-ci dəqiqədə Tomas Pyenkonun əvəzinə çıxıb.