Makron finaldan sonra meydana endi

Fransa prezidenti Emmanuel Makron ölkəsinin milli komandasının DÇ-2022-nin finalında Argentina ilə oyununu (3:3, penaltilər seriyası - 2:4) stadiondan izləyənlər arasında olub.

Sportline.az xəbər verir ki, o, matçdan sonra meydana enib. Makron sözügedən görüşdə het-trik edən Fransa millisinin hücumçusu Kilian Mbappeyə və digər futbolçulara təsəlli verib.