Maks Ferstappen karyerasında ilkə imza atdı
Formula 1 üzrə Macarıstan Qran-prisinin təsnifat mərhələsi yekunlaşıb.
Sportline.az xəbər verir ki, gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda “Red Bull” kollektivinin hollandiyalı pilotu Maks Ferstappen karyerasında ilk dəfə poul qazanıb. O, 1 dəqiqə 14,572 saniyə nəticə göstərib.
Ən yaxın izləyicisi “Mercedes” komandasının finlandiyalı üzvü Valtteri Bottas olub. Britaniyalı Lyüis Hemilton isə ilk 3-lüyü tamamlayıb. 4-cü və 5-ci pillələrdə isə müvafiq olaraq “Ferrari” kollektivinin üzvləri fransalı Şarl Lekler və almaniyalı Sebastyan Fettel qərarlaşıb. Qran-prinin final mərhələsində pilotlar 306,6 km məsafə qət edəcəklər.
Qeyd edək ki, yarış sabah saat 17-də “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.