Maks Ferstappen Yaponiyada qələbə mesajını verdi

"Red Bull"un pilotu Maks Ferstappen Formula-1 üzrə Yaponiya qran-prisinin ikinci təsnifat yürüşünü də üstün bitirib.

Sportline.az yarışın rəsmi saytına istinadla xəbər verir ki, niderlandlı pilot sıralamada Şarl Lekler ("Ferrari") və Lando Norrisi ("Maklaren") geridə qoyub. 

Ferstappen ilkin təsnifatda da bütün rəqiblərini qabaqlamışdı.

Qeyd edək ki, o, 374 xalla mövsün lideridir.