"Mançester Siti" 20 yaşlı futbolçunu transfer etmək istəyir
"Mançester Siti" "Ayntraxt"ın isveçli futbolçusu Hüqo Larssonu transfer etməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, bu haqda "Sky Sports Germany" nəşri məlumat yayıb.
İngiltərə klubu bu keçid üçün qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Larsson bu mövsüm çıxış etdiyi 38 matçda 6 qol və 1 asistlə yadda qalıb.
Onun "Ayntraxt"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.