"Mançester Siti" 22 yaşlı futbolçu üçün "Real"la mübarizə aparır

"Mançester Siti" heyətini gənc futbolçu ilə gücləndirmək niyyətindədir. SportLine.az xəbər verir ki, "şəhərlilər" "Betis"in müdafiəçisi Junior Firpo ilə maraqlanırlar.

"Mirror"un məlumatına görə, Premyer Liqa təmsilçisi qış transfer pəncərəsində La Liqa klubuna təklif ünvanlamağa hazırlaşır.

Məlumatda Madrid "Real"ının da J.Firo ilə yaxından maraqlandığı deyilir. İspaniyalı futbolçunun vətənində qalmaq istədiyi deyilsə də, "Mançester Siti"nin yaxşı təklifi onu Premyer Liqaya apara bilər.

Qeyd edək ki, əslən Dominikan Respublikasından olan futbolçu 2015-ci ildən "Betis"in heyətində çıxış edir. O, əsas komandada ilk oyununa bu il çıxıb. Futbolçu İspaniyanın 21 yaşadək futbolçulardan ibarət komandasında da bir görüş keçirib.