"Mançester Siti" 3 futbolçusu ilə vidalaşır
"Mançester Siti" 3 futbolçusu ilə yollarını ayıracaq.
Sportline.az jurnalist Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, İlkay Gündoğan, Cek Qriliş və Kevin De Brüyne mövsümün sonunda klubla vidalaşacaq.
Qrilişlə "Bavariya", "Milan" və "Nyukasl Yunayted" yaxından maraqlanır. Onun hazır ki dəyəri "Transfermarkt" portalına görə 35 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, De Brüyne və İlkay Gündoğan "Mançester Siti"dən azad agent kimi ayrılacaq.