"Mançester Siti" "Bavariya"nın ulduzuna göz dikib

"Mançester Siti" Camal Musialanı heyətinə qatmağı hədəfləyir.

Sprotline.az "Bild"ə istinadla xəbər verir ki, "Bavariya"nın yarımmüdafiəçisi karyerasını Mançesterdə davam etdirə bilər.

Hətta məlumata görə Qvardiola 20 yaşlı futbolçunu xüsusi izləyir. "Mançester Siti"nin Musiala üçün böyük məbləğ ayrıdığı da bildirilir.