"Mançester Siti" ingiltərəli futbolçusu ilə vidalaşır

"Mançester Siti" ingiltərəli futbolçusu Cek Qrilişlə yollarını ayırmaq qərarına gəlib.

Sportline.az "TBR Football" nəşrinə istinadən xəbər verir ki, "Aston Villa" və "Tottenhem" Qrilişin transferində israrlıdır.

29 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 35 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Qriliş bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 30 matçda 3 qol və 5 asistlə yadda qalıb.

Onun "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Xatırladaq ki, Cek Qriliş 2021-ci ilin yayında "Aston Villa"dan "Mançester Siti"yə 117.5 milyon avro qarşılığında transfer olmuşdu.