"Mançester Siti" "Tottenhem"ə elçi düşüb
"Mançester Siti" "Tottenhem"in italiyalı futbolçusu Destini Udogini heyətinə qatmaq istəyir.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz şəxsi "X" hesabında paylaşım edib.
Mançester klubu bu keçid üçün qarşı tərəfə 45 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Udoginin "Tottenhem"lə müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 30 matçda 1 asistlə yadda qalıb.