"Mançester Siti" türkiyəli gənc futbolçu ilə maraqlanır

"Mançester Siti" türkiyəli gənc futbolçunun transferində maraqlıdır. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İngiltərə nəhənglərindən olan "mavilər" "Beşiktaş"ın 18 yaşlı gənc futbolçusu Semih Kılıçsoyu transfer etmək istəyirlər.

"Mançester Siti" ilə yanaşı Avropanın digər klubları da gənc yarımmüdafiəçinin performanısını izləmək üçün "Beşiktaş" "Qalatasaray" derbisinə skautlarını göndərmişdilər.

Qeyd edək ki, Semih Kılıçsoy bu mövsüm "Beşiktaş" forması ilə çıxdığı 25 oyunda 10 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.