"Mançester Siti" yeni De Brüynesini tapdı

"Mançester Siti"nin belçikalı futbolçusu Kevin De Brüynenin mövsümün sonunda klubdan ayrılması dəqiqləşib.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti" De Brüynenin yerini, "Bayer"in almaniyalı futbolçusu Florian Virtslə doldurmaq istəyir.

Almaniya klubu 21 yaşlı futbolçu üçün 125 milyon avro tələb edir. O cari mövsüm çıxış etdiyi 41 matçda 15 qol 13 asistlə yadda qalıb.

Qeyd edək ki, Virtsin "Bayer"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.