“Mançester Siti” yeni qapıçı axtarışına çıxıb
"Porto"nun 25 yaşlı kiperi Dioqo Kosta "Mançester Siti" maraq dairəsinə düşüb.
Sportline.az "Mirror Football"a istinadən xəbər verir ki, "Mançester Siti" mövsümün sonunda Dioqo Kosta üçün "Porto"ya rəsmi təklif göndərəcək.
İngiltərə klubu portuqaliyalı kiper üçün 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Dioqo Kosta cari mövsüm çıxış etdiyi 41 matçda qapısında 44 top görüb.
Onun "Porto" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.