"Mançester Siti"dən Çerki həmləsi
"Mançester Siti" "Lion"un fransalı futbolçusu Rayan Çerki üçün hərəkətə keçib.
Sportline.az "Transferdot.com" saytına istinadən xəbər verir ki, "Mançester Siti" Çerki üçün Fransa klubuna 40 milyon avro ödəməyə hazırdır.
21 yaşlı futbolçunun "Lion"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Çerki cari mövsüm çıxış etdiyi 37 matçda 10 qol və 18 məhsuldar ötürmə verib.