“Mançester Siti”nin qolkiperi 2023-cü ilin ən yaxşısı seçildi
"Mançester Siti"nin qolkiperi Ederson FİFA tərəfindən keçirilən sorğunun nəticəsinə əsasən ilin ən yaxşısı seçilib.
Sportline.az idman jurnalisti Fabritsyo Romanonun paylaşımına istinadla xəbər verir ki, braziliyalı təcrübəli qolkiper 2023-cü ilin ən yaxşısı seçilib.
Ederson bu mövsüm 26 oyunda qapısından 24 qol buraxıb.
Qeyd edək ki, 30 yaşlı qolkiper 2017-ci ildən "Mançester Siti"nin şərəfini qoruyur.